Dünya
29.11.2023 / 12:50
Türkiyədə yeni evlənən gənclərə 2 il müddətinə güzəştli kredit veriləcək
37471
Türkiyədə yeni evlənən gənclərə 2 il müddətində geriödəniş olmadan 150 min lira məbləğində güzəştli kredit veriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Gazete”də dərc olunub.
Bildirilib ki, bu, pilot layihədir. Layihə öncə bu il fevralın 6-da zəlzələ baş vermiş ərazilərdə tətbiq olunacaq.
Məqsəd ailə institunun güclənməsi, gənclərin sosial rifahına dəstək verilməsidir.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay