Polşa Kiyevdən Aİ-yə yüksüz qayıdan ağır avtomobillərlə bağlı xahiş etdi
Polşa İnfrastruktur Nazirliyinin verdiyi məlumata görə, Varşava Kiyevdən Aİ-yə yüksüz qayıdan ağır avtomobillərin qeydiyyatını ləğv etməyi xahiş edib.
Valyuta.az xəbər verir ki, yazılı açıqlamada bildirildiyinə görə, nazir Andjey Adamçik Kiyev hökumətindən Ukrayna ilə AB arasındakı sərhədi iki sərhəd məntəqəsindən keçərkən nəqliyyat vasitələrinin elektron növbəyə salınması tələbini aradan qaldırmağı xahiş edib.
Polşa nazirliyi qeyd edib ki, Polşa daşıyıcılarının etirazlarının əsas səbəblərindən biri Ukraynanın elektron növbə sisteminin tətbiqi ilə bağlıdır ki, bu da Ukraynadan yüksüz qayıdan Aİ avtomobillərinin gözləmə müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Bu da öz növbəsində sifarişlərin yerinə yetirilməsinin mümkünsüzlüyünə və şirkətlərin rəqabət qabiliyyətinin pisləşməsinə gətirib çıxarır. Polşa daşıyıcıları Ukrayna kommersiya daşıyıcıları üçün icazə sisteminin bərpasını, 2022-ci ilin fevralından sonra Ukraynada yaradılmış şirkətlərin lisenziyalarının yoxlanılmasını, növbələrin boş və yüklü avtomobillərə bölünməsini tələb edərək, noyabrın 6-dan Ukrayna ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlamağa başlayıb.
Hələlik Kiyev və Varşava arasında aparılan danışıqlar nəticə verməyib.
Ukrayna lideri Vladimir Zelenski şənbə günü deyib ki, Ukrayna qonşularının “siyasi addımları” səbəbindən qərb sərhədində çətinliklərlə üzləşib, lakin vəziyyətin həll olunacağına ümid etdiyini bildirib.
Bundan əvvəl müxalif “Vətəndaş Koalisiyası”ndan olan deputat Marçin Kervinski bildirmişdi ki, Polşa-Ukrayna sərhədinin Polşa yükdaşıyıcıları tərəfindən blokadaya alınması ilə bağlı vəziyyətin günahkarı ölkənin hazırkı baş naziri Matias Moravetskidir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay