Tinkoff Bank üç ölkə istisna olmaqla, işçilərinə xaricdən işləməyi qadağan etdi
Tinkoff Bank öz işçilərinə Rusiya, Belarus, Ermənistan və Qazaxıstandan kənarda uzaqdan işləməyi qadağan edib.
Valyuta.az xəbər verir ki, bu barədə bankın nümayəndələri RBC agentliyinə məlumat veriblər.
Tinkoff Bankın inkişaf mərkəzlərinin olmadığı ölkələrə xaricdə işləmək qadağası qoyulub. Rusiyadan kənarda isə belə mərkəzlər yalnız postsovet məkanının üç dövlətində - Ermənistan, Belarus və Qazaxıstanda yerləşir.
Bank qadağanı Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmətin girişin məhdudlaşdırılması və məlumatların təhlükəsizliyinin təmin edilməsi tələblərinə riayət edilməsinin zəruriliyi ilə izah edib.
Agentlik bildirir ki, Tinkoff Banka görə, bank inkişaf mərkəzlərinin olmadığı ölkələrə səyahət edən əməkdaşları kritik girişdən məhrum edilməlidir.
Daha əvvəl Tinkoff Bankın rəhbəri Stanislav Bliznyuk demişdi ki, İT mütəxəssisləri çox tez işə düzəlir, çünki bazarda onların ciddi çatışmazlığı var.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay