Rusiya taxıl ixracını qadağan etməyi düşünür
Rusiya hökuməti taxıl ixracına qadağa qoyulması imkanlarını müzakirə edir.
Valyuta.az “İzvestiya” qəzetinə istinadla xəbər verir ki buğda, arpa, qarğıdalı və çovdar məhdudlaşdırıcı tədbirlərə məruz qala bilər.
Hazırda Kənd Təsərrüfatı Nazirliyinə ölkədə taxıl ehtiyatlarına nəzarət etmək tapşırılıb. Əgər bu ehtiyatlar kritik həddə - 10 milyon tona düşərsə, o zaman ixraca müvəqqəti məhdudiyyət qoyula bilər.
İllik istehlak 80-85 milyon ton halında 10 milyon ton bir ay yarıma kifayət etməlidir.
Qəzetin müsahibə verdiyi ekspertlərin fikrincə, ixrac qadağası yalnız müstəsna hallarda görülə bilən ifrat tədbirdir. Yeni məhsul və əvvəlki ilin qalıqları praktiki olaraq təminat verir ki, ölkədə taxıl qıtlığı olmayacaq.
Bu il taxıl yığımı 150 milyon tona yaxın olub və 65 milyon tona yaxını ixrac oluna bilər.
Rusiya iki Afrika ölkəsinə iki buğda gəmisi göndərib. Türkiyə Afrika ölkələri üçün rus taxılından un hazırlamağa söz verib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay