Qazaxıstan əmtəə birjaları üçün tələbləri sərtləşdirmək istəyir
Qazaxıstan əmtəə birjalarının və onların iştirakçılarının məsuliyyətini sərtləşdirməyi planlaşdırır. Qazaxıstanın baş naziri Əlixan Smailov İnzibati Məcəlləyə dəyişikliklərin hazırlanması barədə göstəriş verib.
Valyuta.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin saytı məlumat yayıb.
O, hökumətin iclasında bildirib ki, son 5 ildə ölkənin əmtəə birjaları haqqında qanunvericiliyi iki dəfə dəyişib, lakin onlar hələ də bazarda öz funksiyalarını tam yerinə yetirmir.
Onun sözlərinə görə, ümumiyyətlə, bu fəaliyyətin inkişafında əsas problemlərdən biri “yerin təki istifadəçiləri”nin öz ehtiyacları üçün əmtəə birjalarından istifadə etməsidir. Baş nazir vurğulayıb ki, digər problem əmtəə birjalarının mikro biznes subyektləri kimi təsnifləşdirilməsidir ki, bu da onlara son dərəcə aşağı vergi ayırmaları və yoxlamalardan yayınmağa imkan verir.
“Əlixan Smayılov 2 gün müddətində “Birja ticarəti məsələləri haqqında” qanun layihəsinə dair hökumətin rəyinin layihəsini razılaşdırmaq, əmtəə birjasının proqram təminatının informasiya təhlükəsizliyinin beynəlxalq standartlar nəzərə alınmaqla artırılması məsələsi üzərində işləmək və əmtəə birjalarının və onların iştirakçılarının məsuliyyətini sərtləşdirmək üçün İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər paketini hazırlamaq tapşırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay