Amerikalılar onilliklər ərzində görünməmiş inflyasiya yükü ilə üzləşir
Son illərdə Amerika istehlakçıları onilliklər ərzində ən yüksək qiymət artımını müşahidə ediblər. Bir ailənin pandemiyadan əvvəl 100 dollara ödəyə biləcəyi eyni mal və xidmətləri almaq indi 119 dollara başa gəlir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Ərzaq, mənzil və kommunal xidmətlərin qiymətləri xüsusilə kəskin artıb. Belə ki, ərzaq mağazalarında qiymətlər orta hesabla 25%, elektrik enerjisi 25%, yaşayış xərcləri isə təxminən 20% artıb. Üstəlik, 2023-cü ilin sentyabrında uşaq bağçasının orta qiyməti 2019-cu illə müqayisədə 32% baha olub.
“Reallıq ondan ibarətdir ki, istehlakçılar nadir hallarda alışlarını azaldır. Və buna görə də ümid edə biləcəkləri ən yaxşı şey qiymətlərin düzəldilməsi və daha yavaş artımdır”, deyə ekspert Sarah Haus bildirib.
Mənzil və nəqliyyat xərcləri əhəmiyyətli dərəcədə yüksəlib: ipoteka faizləri 2,5 dəfə, avtomobil kreditləri isə üçdə bir artıb. İnflyasiyanın yavaşlamasına baxmayaraq, məlumatlar yalnız qiymətlərin daha yavaş artdığını və pandemiyadan əvvəlki səviyyələrə qayıtmadığını göstərir. Nəşr yazır ki, eyni zamanda, mənzil almaq imkanı minimum səviyyədədir, kredit faizləri yüksəlib, kredit kartları üzrə tariflər isə 2007-ci ildən bəri tarixi maksimuma çatıb.
2020-ci ildən əmək haqlarının artmasına baxmayaraq, artımın böyük hissəsi inflyasiya tərəfindən yeyilib. Bu, ABŞ seçkilərində əsas amil ola bilər. "Bloomberg" "News/Morning Consult" sorğusuna əsasən, 2024-cü il prezident seçkilərində iqtisadiyyatın əsas məsələ olacağını bildirib. Eyni zamanda, yaxın aylarda qiymət artımının azalması vətəndaşların gəlirlərinə və əmanətlərinə dəymiş ziyanı kompensasiya etməyəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay