BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
37290

Hökumətdə ekoloji məsələlərə nəzarət edən baş nazirin müavini Viktoriya Abramçenko bütün ölkə ərazisində gəmi “qəbiristanlıqları”nın ləğvi üçün proqramın hazırlanmasını əmr edib. 

Valyuta.az xəbər verir ki, bu barədə RBC sənədlərə istinadən yazır. 2024-cü ildə Uzaq Şərqdə köhnə və batmış gəmilərin utilizasiyası başa çatdırılmalıdır.

Nəqliyyat Nazirliyi, Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, FSB, Federal Əmlakın İdarə Edilməsi Agentliyi və digər aidiyyəti qurumlara "daxili dəniz sularında, ərazi dənizində və müstəsna iqtisadi zonada batmış əmlakın inventarizasiyası" üzrə müvafiq tədbirlər həyata keçirmək tapşırılıb. Bundan sonra onlar hökumətə 2030-cu ilə qədər federal layihələr çərçivəsində bunun necə aradan qaldırılacağını təklif etməli, maliyyələşdirmə üçün vəsait tapmalıdırlar. Həmçinin qanunlara “batmış əmlakın çıxarılması prosedurunu və tələblərini aydınlaşdırmaq” üçün dəyişikliklər hazırlamaq lazımdır.

2020-ci ilin avqustunda Baş nazir Mixail Mişustin Uzaq Şərqə səfəri zamanı batmış gəmilərin “qəbiristanlıqlarına” diqqət çəkib. Səfərdən sonra o, bu problemin həlli ilə bağlı göstəriş verib.

Ümumilikdə, 2020-ci ildə Uzaq Şərq dairəsinin sularında 580 batmış gəmi var. Lakin baş nazirin sərəncamından bir ay sonra Nəqliyyat Nazirliyi gəmilərin qaldırılması və sökülməsi ilə bağlı fəaliyyətlər üçün maliyyə mənbələrinin olmadığını açıqlayıb.

2021-ci ildə qəbul edilmiş "Ümumi Təmizlik" federal layihəsinin bir hissəsi olaraq, 2024-cü ilin sonuna qədər Uzaq Şərqin altı bölgəsində 213 batmış gəminin qaldırılması və utuilizasiyası lazımdır. 2022-2024-cü illər üçün bu proqrama 20 milyard rubl ayrılıb ki, bunun da 1 milyard rubldan çoxu batmış gəmilərin bərpasına və zərərsizləşdirilməsinə xərclənməlidir. Viktoriya Abramçenkonun sözlərinə görə, Rusiyada ən azı min ədəd batmış gəmi var.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu

Naxçıvanın təcili tibbi yardımı üçün 2 tır alınacaq - 3,9 milyonluq layihə

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

"Sarens Azerbaijan" məhkəmə qarşısında

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin