Sunak dünyanın ən böyük şirkətləri ilə 40 milyard dollarlıq müqavilələr imzaladı
Böyük Britaniya dünyanın ən böyük şirkətləri ilə 29,5 milyard funt sterlinq (37,2 milyard dollar) dəyərində investisiyalar barədə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak Londonda keçirilən qlobal investisiya sammiti ərəfəsində bildirib.
"Bugünkü 29 milyard funt-sterlinqdən çox investisiya ilə biz minlərlə yeni iş yeri yaradacağıq. Bu investisiya Britaniya iqtisadiyyatının gələcəyinə yüksək səviyyədə inamı göstərir. Qlobal CEO-lar Böyük Britaniyaya qayıdırlar", - o deyib.
Baş Nazirlikdən bildirilib ki, 2023-cü ildə keçirilən sammitdə cəlb edilən investisiyaların həcmi iki il bundan əvvəlki forumdan üç dəfə çox olub.
Xüsusilə, texnoloji, elmi və infrastruktur layihələri, bərpa olunan enerji mənbələri və mənzil tikintisinə əsaslı investisiyalardan söhbət gedir. Bazar ertəsi London xaricindəki Hampton Court Sarayında keçiriləcək forumda Goldman Sachs-ın baş direktoru David Solomon və JP Morgan Chase-in baş direktoru Ceymi Dimon iştirak edəcək. Tədbirin sonunda Böyük Britaniya kralı III Çarlz Bukingem sarayında qonaqlar üçün ziyafət verəcək.
Böyük Britaniyada həyata keçiriləcək layihələr arasında Sunakın ofisi Almaniyanın biotexnologiya şirkəti BioNTech tərəfindən həyata keçiriləcək Kembricdə yeni laboratoriya və Londonda süni intellekt tədqiqat mərkəzinin tikintisinə diqqət çəkib. Növbəti dörd il ərzində 10 milyard funt sterlinq (12,6 milyard dollar) həcmində ən böyük investisiya Avstraliyanın IFM Investors fondu tərəfindən irimiqyaslı infrastruktur və enerji keçidi layihələrinə yatırılacaq. Bundan əlavə, İspaniyanın “Iberdrola” enerji şirkəti və Amerikanın “Microsoft” korporasiyası ilə Böyük Britaniyaya sərmayə qoymaq barədə razılıq əldə olunub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay