Çexiya Rusiya qazını almağa davam etdiyini etiraf etdi
Çexiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Yozef Şikela bildirib ki, ehtiyac olmamasına baxmayaraq, yerli firmalar Rusiyadan qaz almağa davam edir.
Valyuta.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
"Bu həftə biz ERU-nun (Enerji Tənzimləmə Orqanı) aylıq məlumatlarından öyrəndik ki, Rusiyanın bəzi ticarət şirkətləri oktyabr ayından bizə qaz verməyə başlayıb. Bütövlükdə, oktyabrın sonunadək Rusiya Federasiyasından qaz 2023-cü il üçün ümumi tədarükün 1,2%-ni təşkil edib”, deyə Şikela bildirib.
O, iddia edir ki, Çexiya artıq qış üçün qaz ehtiyatını doldurub və Rusiyanın tədarükünə ehtiyacı yoxdur. Nazirin sözlərinə görə, qaz istehlakçılarına məlumat verilməlidir ki, onlar Rusiya qazını alan tədarükçülərdən qaz alırlar. O, Avropa İttifaqının Rusiya qazına qarşı sanksiyalarının bəzi ölkələrin hələ də ondan imtina edə bilmədiyi üçün tətbiq edilmədiyini etiraf edib və milli qadağa barədə düşünməyə çağırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay