Dünya
24.11.2023 / 17:02
Azərbaycanın əsas neft rəqibi büdcə kəsiri ilə üzləşib
37199
Azərbaycanın əsas neft rəqibi olan Səudiyyə Ərəbistanı büdcə kəsirini ödəmək üçün ümumilikdə 11 milyard dollar borc alıb.
Valyuta.az xəbər verir ki, bu kreditin müddəti 10 ildir. Kreditorlar qrupuna Çin Sənaye və Kommersiya Bankı, "Citigroup", "First Abu Dhabi Bank" və "HSBC Holdings" kimi iri maliyyə institutları daxildir.
Bildirilib ki, Səudiyyə Ərəbistanının büdcə kəsiri bir sıra amillərlə bağlı olub. Əsas səbəblər arasında neftin birja qiymətlərinin Yaxın Şərqdəki müharibə nəticəsində azalması, daxili bazarda xammal istehsalının həcminin azalması və dövlət xərclərinin artması olub.
Səudiyyə hökuməti büdcə kəsirini ödəmək üçün dəfələrlə çox milyard dollarlıq kredit cəlb edib.
© İqtisadiyyat.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay