Peru cəmi yarım əsr ərzində buzlaqlarının yarıdan çoxunu itirib
Dağ Buzlaqları və Ekosistemləri üzrə Milli Tədqiqat İnstitutunun (İnagem) perulu alimləri ölkənin 1962-ci ildən bəri buz örtüyünün 56,22%-ni itirdiyini, 2016-2020-ci illər arasında 175 buz örtüyünün yoxa çıxdığını müəyyən ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə "Associated Press"ə tədqiqatçılar məlumat verib.
Mütəxəssislərin fikrincə, Peruda dağ buzlarının əriməsində əsas amil orta qlobal temperaturun artması, buzlaqların sürətlə geri çəkilməsinə səbəb olub.
Bu gün Cənubi Amerika ölkəsində təxminən 1050 kvadrat kilometr buz təbəqəsi qalıb. Bəzi dağ sistemləri, o cümlədən Çilə massivi son altı onillikdə buzlarının 99%-ni itirib. Bu, Amazon çayının səviyyəsinə təsir göstərə bilər, çünki Çila buzlaqları dünyanın ən böyük çayı üçün əsas erkən su mənbələrindən biridir.
İnagem prezidenti Beatriz Fuentealvanın sözlərinə görə, buzlaqların itirilməsi alçaq ərazidə yaşayan sakinlərin həyatı üçün birbaşa risklər yaradır. 1970-ci ildə 7,9 bal gücündə güclü zəlzələdən sonra şimal And dağlarında nəhəng buz təbəqəsi qopmuş və Yungay şəhərini dağıdan sel sürüşməsinə səbəb olmuşdu. 20 mindən çox insan təbii fəlakətin qurbanı olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay