Rusiya buğda ixracına qadağa qoyub
Rusiya hökuməti buğda məhsullarının qiymətlərini sabitləşdirmək üçün 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək buğdanın ixracına qadağa qoyub. Hökumət həmçinin Rusiyadan 24 milyon ton taxıl ixracı üçün kvota müəyyən edib.
Valyuta.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkədən buğdanın ixracına altı ay müddətinə müvəqqəti qadağa qoyulmasını təklif edib. İqtisadiyyat Nazirliyi ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi də Aİİ üzvü olmayan ölkələrə buğda, arpa, qarğıdalı və çovdarın ixracı üçün kvotaların yaradılması təşəbbüsü ilə çıxış edib. Tədbir 2024-cü il fevralın 15-dən iyunun 30-dək qüvvədə olacaq.
Bəzi toyuq əti növləri üçün də tarif güzəştləri təsdiq edilib. 2024-cü ildə 160 min tona qədər ət tədarükü idxal gömrük rüsumlarından azad ediləcək. Qərar təklifi artırmaqla daxili bazarda qiymətləri sabitləşdirmək məqsədi daşıyır.
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay