ÜST Çindən tənəffüs yoluxucu xəstəliklərin yayılması ilə bağlı ətraflı məlumat istədi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən ölkədə respirator xəstəliklərin yayılması ilə bağlı ətraflı məlumat istəyib.
Valyuta.az xəbər verir ki, bu barədə təşkilatın X sosial şəbəkəsində qeyd edilib.
"ÜST Çinə tənəffüs yoluxucu xəstəliklərin artması və uşaqlarda pnevmoniya xəstəliyinin baş verməsi ilə bağlı ətraflı məlumat üçün rəsmi sorğu göndərib", deyə məlumatda qeyd edilir.
Bildirilir ki, noyabrın 21-də KİV və İnkişaf etməkdə olan Xəstəliklərin Monitorinqi Proqramı (ProMED) Çinin şimalında uşaqlarda diaqnoz qoyulmamış pnevmoniya xəstəliyinin yayılması barədə məlumat yayıb. Bunların əvvəllər Çin səlahiyyətliləri tərəfindən bildirilən tənəffüs yoluxucu infeksiyaların ümumi artımı ilə əlaqəli olub-olmadığı aydın deyil. Ertəsi gün təşkilat əlavə epidemioloji və klinik məlumat, həmçinin bu halların laboratoriya nəticələrini tələb edib.
Bundan əlavə, ÜST ölkədə məlum patogenlərin, o cümlədən SARS-CoV-2-nin yayılmasının son tendensiyaları haqqında əlavə məlumat tələb edib.
Təşkilat həmçinin Çin sakinlərinə tənəffüs yoluxucu xəstəliklər riskini azaltmaq üçün tədbirlərə, o cümlədən peyvənd, sosial uzaqlaşma və zəruri hallarda maska taxmağı tövsiyə edib.
Xatırladaq ki, Çin noyabrın 1-dən sərhədi keçənlər üçün məcburi sanitar bəyannaməni ləğv edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay