ABŞ: "Binance" İrana 900 milyon dollarlıq əməliyyatlara icazə verib"
ABŞ-ın baş prokuroru Merrik Qarland bildirib ki, dünyanın ən böyük kriptovalyutası olan "Binance" Amerika və İran arasında təxminən 900 milyon dollarlıq əməliyyatlara, həmçinin Suriya və Krımla iri əməliyyatlara icazə verib.
Valyuta.az xəbər verir ki, baş prokuror "Binance"dən istifadə edilərək Rusiya Federasiyasının işğal etdiyi bölgələrə əməliyyatların edildiyini də bildirib.
Merrik Qarlandın sözlərinə görə, birja əməkdaşları şirkətin çirkli pulların yuyulmasına qarşı mübarizə üsullarının yetərli olmadığını anlayıblar ki, bu da cinayətkarları platformaya cəlb edə bilər.
Bundan əvvəl "Binance" kriptovalyuta birjasının rəhbəri Çanpen Çjao çirkli pulların yuyulması ilə bağlı istefa verib. Onun şirkəti ABŞ büdcəsinə 4,3 milyard dollar ödəməli olacaq.
Səlahiyyətlilərlə razılaşma iş adamına "Binance"də payını saxlamağa imkan verəcək və mübadilə Asiya, Avropa və Yaxın Şərqdə ticarətə nəzarət edən Riçard Tenq tərəfindən idarə olunacaq. Kriptovalyuta birjasının təsisçisi qeyd edib ki, son 6,5 ildə bir dənə də olsun istirahət günü olmadığı üçün işinə fasilə vermək niyyətindədir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay