BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
36635

Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.

Valyuta.az xəbər verir ki, hesabata görə, bu ilin üçüncü rübündə qlobal borcun həcmi 307,4 trilyon dollar olaraq hesablanıb.

Ötən ilin eyni dövründə qlobal borcun həcmi 289 trilyon dollar olaraq qeydə alınmışdı.

Bu dövrdə qlobal borc məbləğinin artmasına ABŞ, Yaponiya, Fransa və Böyük Britaniya kimi inkişaf etmiş iqtisadiyyatların, Çin, Hindistan, Braziliya və Meksika kimi inkişaf etməkdə olan ölkələrin borcunun böyük artımı təsir göstərib.

Sektor əsasında baxıldığında, borc səviyyələrində artımın dövlət sektorunda daha çox özünü göstərir. Fiskal büdcə kəsirləri bir çox inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda pandemiyadan əvvəlki səviyyədən xeyli yuxarı qalıb.

İlin sonuna qədər qlobal borcun 310 trilyon dollara çatacağı təxmin edilir.

Qlobal borcun ölkələrin ümumi ÜDM-nə nisbəti bu dövrdə sabit qalaraq 333 faiz təşkil edib.

Qlobal iqtisadi artım tempinin zəif qalması və inflyasiya təzyiqlərinin azalmağa davam etməsi fonunda qlobal borc nisbətinin yüksəliş trendini davam etdirəcəyi proqnozlaşdırılır.

Sektorlar üzrə araşdırıldığında, ilin üçüncü rübündə ev təsərrüfatlarının borcları 57,9 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcları 91,1 trilyon dollar, dövlət borcları 88,1 trilyon dollar, maliyyə şirkətlərinin borcları isə 70,3 trilyon dollar. olaraq hesablanıb. 

Gələn il keçiriləcək seçkilər və davam edən geosiyasi gərginlik narahatlıq doğurur.

İnkişaf etmiş iqtisadiyyatların ümumi borcu 206 trilyon dollara yüksəldiyi halda, inkişaf etməkdə olan ölkələrin ümumi borcu 101,3 trilyon dollara çatıb.

İnkişaf etməkdə olan iqtisadiyyatlarda ümumi borcun ÜDM-ə nisbəti 255 faiz olaraq qeydə alınıb.

Hesabatda həmçinin xəbərdarlıq edilib ki, “populizmə doğru” siyasi keçid daha yüksək borc səviyyələrinə səbəb ola bilər.

Gələn il 50-dən çox ölkə və regionda keçiriləcək seçkilər, ABŞ-Çin strateji rəqabəti və Qəzzada faciəli müharibə səbəbindən geosiyasi gərginliyin artması ilə, Hindistan, Cənubi Afrika, Pakistan və ABŞ da daxil olmaqla, dövlət borcunun artması fiskal intizamla bağlı narahatlığı artırıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı

"Bakı Süd Co" cərimələnə bilər

Moldova "Qazprom"a olan 709 milyon dollar borcu ödəməyəcək

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu

Naxçıvanın təcili tibbi yardımı üçün 2 tır alınacaq - 3,9 milyonluq layihə

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

"Sarens Azerbaijan" məhkəmə qarşısında

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin