Çex nazir: "Rusiya əmlakının dondurulması qanunvericiliyə uyğundur"
Çexiyanın xarici işlər naziri Yan Lipavski respublikada Rusiya mülkiyyətinin dondurulmasını ölkə qanunvericiliyinə uyğun adlandırıb.
Valyuta.az xəbər verir ki, o, Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Çexiyada Rusiya əmlakının dondurulmasının qanunsuz olması ilə bağlı sözlərinə belə reaksiya verib.
"Mən bunun qeyri-qanuni addım olduğuna dair bəyanatları rədd edirəm, çünki bu, sanksiyalar Çexiya qanunlarına uyğundur”, deyə Lipavski bildirib.
Çexiyanın xarici işlər naziri Rusiyadan cavab addımları gözləmir, çünki onun Moskvadakı Çexiya əmlakı və bu cür sanksiyaların tətbiq oluna biləcəyi barədə məlumatı yoxdur.
Noyabrın 16-da Peskov bildirib ki, Çexiya hakimiyyəti bu cür qeyri-dost addımların rəsmiləşdirilməsindən sonra dövlət aktivlərini dondursa, Moskva Praqaya cavab verəcək.
Bir gün əvvəl Çexiyanın baş naziri Petr Fiala hökumətin respublika ərazisində Rusiya dövlət əmlakının dondurulması qərarını təsdiq etdiyini bildirib. Onun sözlərinə görə, Moskva ölkədə sahib olduğu daşınmaz əmlaka sərəncam verə bilməyəcək. Bununla belə, belə binalar da köçürülə və ya satıla bilməyəcək. Fiala bildirib ki, Rusiya həmçinin icarə haqqının ödənildiyi bank hesablarından istifadə edə bilməyəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay