Qəza nəticəsində Rusiyanın bir hissəsi rabitəsiz və internetsiz qaldı
Çukotka Muxtar Dairəsi və Kamçatka ərazisi fiber-optik xətdə baş vermiş qəzaya görə qismən telefon rabitəsi və internetsiz qalıb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS regional hökumətin rəsmi məlumat mənbələrinə istinadən məlumat yayıb.
TASS xəbər verir ki, qəza Kamçatka diyarının Ust-Bolşeretski rayonunda “Rostelekom”un Xabarovsk filialının xəttində baş verib. Problemin tez aradan qaldırılması üçün artıq təmir qrupu göndərilib.
“Rostelekom” agentliyə izah edib ki, fiber-optik rabitə xəttinin zədələnməsi Ust-Bolşeretsk və Dalnı arasında üçüncü tərəf təşkilatı tərəfindən aparılan iş zamanı baş verib.
"Kamçatkada Rostelekomun interaktiv televiziyasında birinci və ikinci multiplekslərin kanalları fəaliyyət göstərir; Anadır və Uqolnıye Kopi sakinlərinin internetə, interaktiv televiziyaya çıxışı yoxdur və mobil rabitə ilə bağlı çətinliklər var", - TASS Rostelecom-un mətbuat xidmətindən sitat gətirir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay