ABŞ ÜTT-də islahatlara dair təkliflər təqdim etdi – Konkret ideyalar
ABŞ hakimiyyət orqanları digər ölkələrlə məsləhətləşmələr zamanı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlara dair təkliflər təqdim ediblər.
Valyuta.az xəbər verir ki, bunu San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ölkələrinin və ərazilərinin xarici siyasət və ticarət departamentlərinin rəhbərləri və nümayəndələrinin iclasının açılışında ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Kətrin Tey bildirib.
Onun sözlərinə görə, Amerika tərəfi “ədalətli olacaq mübahisələrin həlli sisteminə necə inam yarada biləcəyimizi düşünür”. "Biz həmçinin ÜTT-ni üzləşdiyimiz yeni çağırışlar fonunda yeni qaydalar üzrə danışıqlar aparmaq qabiliyyəti baxımından yenidən qurmalıyıq. Birləşmiş Ştatlar bütün ölçülü ÜTT üzvləri ilə innovativ və konstruktiv məsləhətləşmələrdə fəal iştirak edir və biz o cümlədən məhkəmə çəkişmələrinə alternativlər və məhkəmə özbaşınalığının qarşısının alınması üzrə konkret ideyalar təqdim etmişik”, - Tey deyib.
"Biz razılaşdığımız əsas normalara zidd olan qeyri-bazar siyasətlərinə və hərəkətlərinə cavab verməliyik", - ABŞ ticarət müzakirəçisi deyib.
Qeyd edək ki, APEC-ə 19 ölkə və 2 ərazi daxildir. Onların arasında 12 təsisçi var: Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiya. Həmçinin ÇXR (1991-ci ildə qoşulub), Meksika və Papua Yeni Qvineya (1993), Çili (1994), Rusiya, Vyetnam və Peru (1998) də iştirak edir. 1991-ci ildə iki Çin ərazisi, Honq-Konq və Tayvan APEC-ə qoşulub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay