Slovakiya Ukraynanı hədələdi: Əks təqdirdə sərhəd bağlanacaq
Slovakiya Avtomobil Daşıyıcıları İttifaqı Avropa Komissiyasının Avropa İttifaqı daxilində daşımalara kommersiya icazələrinin verilməsini geri qaytarmayacağı təqdirdə, Ukrayna daşıyıcılarının Slovakiya tərəfdən sərhəd keçidlərini bağlayacağı ilə hədələyib.
Valyuta.az xəbər verir ki, bu barədə UNAS-ın ölkənin Nəqliyyat Nazirliyinə göndərdiyi məktubda deyilir.
Daşıyıcılar nazirlikdən AK ilə əməkdaşlığa başlamağı xahiş edir və lisenziyaların verilməsinin Ukrayna daşıyıcılarına qaytarılmasını tələb edirlər.
“Slovakiya yük daşımaları diz üstədir. Gördüyünüz kimi, Polşa daşıyıcıları bizim daşıyıcılarla eyni problemə malik olduqları üçün sərhədlərini bağlayırlar”, - məktubda deyilir.
UNAS iddia edir ki, Slovakiya Respublikasının Nəqliyyat Nazirliyi uzun müddətdir, yük daşımalarına diqqət yetirmir və problemə tamamilə məhəl qoymur.
Yük daşımalarının artması ilə əlaqədar olaraq, bazar günü, noyabrın 12-nə keçən gecə Slovakiyanın şərq sərhədində yük daşımalarının hərəkəti məhdudlaşdırılıb, yerli "Teraz" nəşri xəbər verib. Təkcə Vysne Nemecke sərhəd-keçid məntəqəsinin qarşısında deyil, ətraf ərazilərdə də maşın növbələri düzülüb.
Slovakiyanın Nəqliyyat Nazirliyi Ukrayna daşıyıcıları tərəfindən Aİ ərazisində daşımaların sayının artmasının “Avropa İttifaqının iqtisadiyyatına mənfi təsir etdiyi” ilə razılaşıb.
Onlar söz veriblər ki, dekabrın əvvəlində Slovakiyanın nəqliyyat naziri Brüsselə AK qərarına yenidən baxmağı təklif edəcək, ona görə 2024-cü il iyunun 30-dək icazə tələb olunmur.
Qeyd edək ki, noyabrın 6-dan Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə tətillərə başlayıb, yük daşımalarının keçidi üçün üç keçid məntəqəsini bağlayıb. Söhbət Korçeva - Krakovets, Qrebennoye - Rava-Russkaya və Dorohusk - Yaqodin nöqtələrindən gedir. Daşıyıcılar tətilləri yanvarın 3-dək davam etdirməyi planlaşdırır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay