Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatları açıqlandı
"Bloomberg" Avropa İttifaqının Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.
Valyuta.az xəbər verir ki, paketdə maye propan, çuqun, mis və alüminium məftillər, həmçinin folqa və boruların idxalına sanksiyaların tətbiqi təklif edilir.
Paket təsdiq olunarsa, siyahıya ticarəti məhdud olan 30-dan çox şirkət, o cümlədən Qazaxıstan, Özbəkistan, Sinqapur və bir neçə Rusiya mühəndislik şirkəti daxil ediləcək.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, AK tezliklə malların idxalı və ixracına qadağalar və neftin qiymətinin tavanının sərtləşdirilməsi ilə Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək.
Daha əvvəl "Bloomberg" xəbər vermişdi ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 2,5 milyard avroluq idxala və eyni həcmdə təxminən 5,3 milyard dollarlıq ixraca yönəlmiş 12-ci məhdudlaşdırıcı tədbirlər paketini hazırlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay