Qazaxıstanda rəqəmsal tenge istifadəyə verildi
Qazaxıstan Milli Bankı rəqəmsal tengeni pilot rejimdə istifadəyə buraxıb.
Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, noyabrın 15-də milli valyutanın 30 yaşı tamam olur və rəqəmsal tengenin dövriyyəyə buraxılması bu tarixə təsadüf edib.
“15 noyabr 2023-cü ildə rəqəmsal tenge platforması məhdud mühitdə və real istifadəçilərlə istifadəyə verildi. Rəqəmsal tengenin tam miqyaslı tətbiqinin onun xidmətlərini, istifadə hallarını və platforma iştirakçılarının miqyasını genişləndirməklə 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır”, - press-relizdə deyilir.
Milli Bank izah edib ki, bank müştəriləri xidmət göstərən bankın mobil əlavəsində rəqəmsal hesab açaraq rəqəmsal tengedən istifadə edə biləcəklər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay