Dünya
15.11.2023 / 09:47
Hindistan Çinsiz ticarət blokuna qoşulur
36473
Hindistan təchizat zəncirinin sabitliyi üzrə Hind-Sakit Okean İqtisadi Təşəbbüsü (IPEF) sazişini imzalayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Hindistanın Sənaye və Ticarət naziri Piyuş Qoyal sosial şəbəkədə məlumat verib.
"Hindistan ABŞ və digər 12 Hind-Sakit Okean İqtisadi Təşəbbüs tərəfdaşlarına IPEF-in tədarük zəncirinin dayanıqlılığı haqqında sazişi imzalamaqla qoşulur", deyə nazir yazır.
Hindistanlı nazirin sözlərinə görə, yeni assosiasiya qlobal təchizat zəncirlərini gücləndirəcək və sabitliyə və davamlılığa kömək edəcək.
IPEF ABŞ, Avstraliya, Vyetnam, Yaponiya, Cənubi Koreya və digər ölkələr də daxil olmaqla Hind-Sakit okean regionunda 14 əsas iqtisadiyyatın koalisiyasıdır. Çin bu zəncir daxil deyil.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay