OPEC ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu artırdı
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü ildə assosiasiyaya daxil olmayan ölkələr tərəfindən qlobal neft hasilatı proqnozunu gündəlik 12,76 milyon barel artırıb.
Hit.az xəbər verir ki, bu barədə qurumun neft bazarına dair aylıq hesabatında deyilir.
Sənədə əsasən, OPEC-ə daxil olmayan ölkələrin qlobal neft hasilatı bu il gündəlik 1,8 milyon barel arta bilər, bu da ABŞ-ın artıma əhəmiyyətli töhfə verməsinə səbəb olacaq.
“Proqnoz əvvəlki təxminlə müqayisədə sutkada 100 min barel artırılıb”, deyə xülasədə bildirilir.
OPEC qeyd edib ki, mütləq ifadədə bu rəqəm 2023-cü ildə sutkada 67,6 milyon barelə çata bilər.
“Neft və kondensat hasilatının illik müqayisədə 0,8 milyon barel artaraq orta hesabla 12,8 milyon barel/gün olacağı gözlənilir”, deyə neft təşkilatının hesabatında qeyd edilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay