Ukrayna Aİ-dən 20 milyard avro gözləyir
Kiyev Avropa İttifaqının Ukraynaya yardım üçün xüsusi fonda 20 milyard avro ayıracağını gözləyir.
Valyuta.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz sülh fondu çərçivəsində səkkizinci tranşı alacağımıza və Avropa Sülh Fondu çərçivəsində Ukraynaya yardım üçün 20 milyard avro dəyərində xüsusi fondun yaradılmasına ümid edirik”, deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Nazir Ukraynanın prioritet hərbi ehtiyaclarına toxunaraq, hərbi dəstəyi artırmağa və çatdırılma müddətlərini azaltmağa çağırıb.
“Söhbət xüsusilə döyüş təyyarələri, artilleriya sistemləri, MLRS, zirehli texnika, tanklar, döyüş sursatları, elektron döyüş texnikası, radarlar, pilotsuz uçuş aparatları, uzaqmənzilli raketlər və digər mövqelərdən gedir”, deyə Kuleba bildirib.
Bundan əlavə, nazir Avropa ölkələrini Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəlməyə, habelə Rusiyaya qarşı 12-ci sanksiyalar paketi üzərində işi sürətləndirməyə çağırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay