ABŞ ilk dəfə Rusiyadan maye qazın tədarükünə sanksiyalar tətbiq etdi
ABŞ-ın sanksiyaları ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz ixrac etmək qabiliyyətini birbaşa hədəfləyir və bu, qlobal enerji bazarlarında fasilələrə səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times” yazıb.
Qeyd olunur ki, Avropa ölkələri Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından sonra da Rusiya LNG-ni idxal etməyə davam edib və ABŞ son vaxtlara qədər müttəfiqlərə təzyiqi artırmamaq üçün tədarükdə fasilələrdən qaçmağa çalışıb.
Bununla belə, noyabrın əvvəlində ABŞ Dövlət Departamenti Rusiyanın yeni "Arctic LNG 2" layihəsinə qarşı sanksiyalar elan edib və bu, gələn il üçün hasilat başladıqdan sonra Avropa və Asiya ölkələrinin bu layihədən qaz almasına mahiyyətcə mane olub. Qeyd olunur ki, ABŞ sanksiyalarının LNG tədarüklərinə birbaşa təsir etdiyi ilk hadisədir.
Eyni zamanda vurğulanır ki, ABŞ-ın sanksiyaları birbaşa Rusiyanın digər iri LNG layihələrinə - Avropa və Asiyaya yanacaq verən "Yamal LNG” və "Saxalin-2”yə yönəlməyib.
Qeyd edilir ki, "Arctic LNG-2” Arktikada Hidan yarımadasında yerləşir və bu, ona həm Avropa, həm də Asiya bazarlarına qaz ixrac etməyə imkan verir. Bu, Rusiyanın üçüncü irimiqyaslı LNG layihəsi olacaq və tam istehsalla Rusiyanın 2030-cu ilə qədər ildə 100 milyon ton LNG istehsal etmək hədəfinin 1/5-ni, ölkənin hazırda ixrac etdiyi məbləğdən 3 dəfə çoxunu təmin edəcək.
"Arctic LNG 2"yə səhmlərin 60 faizinə sahib olan Rusiyanın "Novatek" şirkəti rəhbərlik edir. Digər səhmdarlar arasında Fransanın "TotalEnergies" şirkəti, iki Çin dövlət şirkəti və Yaponiyanın "Mitsui & Co" ticarət evi ilə hökumət tərəfindən dəstəklənən "Jogmec" arasında hər biri 10 faiz paya sahib olan birgə müəssisə daxildir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay