Okinavada on minlərlə ev təsərrüfatları işıqsız qalıb
Yaponiyanın Okinava adasında 68 minə yaxın ev işıqsız qalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilir ki, bu, Yaponiyanın ən cənub prefekturasında elektrik enerjisi istehlak edən ev təsərrüfatlarının ümumi sayının 10%-dən çoxunu təşkil edir. Elektrik enerjisinin kəsilməsinin səbəbi hələlik məlum deyil.
"Okinawa Electric Power" ev təsərrüfatlarına elektrik enerjisini bərpa etməyə çalışır.
Qeyd edilir ki, adada elektrik enerjisinin kəsilməsi səbəbindən bir sıra svetoforlar işləmir və bu da nəqliyyatın vəziyyətinin pisləşməsinə səbəb olub.
Okinava Yaponiyanın Ryukyu arxipelaqının ən böyük adasıdır, Kyuşu və Tayvan arasında yerləşir. Adanın sahəsi 1207 km²-dir. Okinava prefekturasının ən böyük adasıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay