Böyük təhlükə gözlənilir: Bu şəhər köçürülür
İslandiya hakimiyyəti ölkənin cənubundakı Qrindavik şəhərinin son seysmik aktivlik fonunda şəhərin altında toplana bilən lavanın səthə çatma təhlükəsi ilə əlaqədar boşaldılmasını elan edib.
Publika.az xəbər verir ki, bu barədə “Reykjavik Grapevine” jurnalı məlumat yayıb.
Daha əvvəl “Iceland Review” nəşri məlumat vermişdi ki, noyabrın 8-də turistlər arasında populyar geotermal kurort olan “Mavi Lagoon” ərazisində silsilə güclü zəlzələlər baş verib ki, bu da bir neçə yaşayış məntəqəsində hiss olunub. Bu, 2009-cu ildə başlayan seysmik aktivliyin davamı olub.
"İslandiya Meteorologiya İdarəsi bildirir ki, yəqin ki, Qrindavik şəhərinin altında maqma kanalı əmələ gəlib. 3,7 min nəfər əhalisi olan şəhərin səthinə lava çıxması ehtimalı səbəbindən məcburi təxliyə əmri verilib", - jurnal yazır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay