Dünya
10.11.2023 / 16:16
ABŞ-nin kompüter istehsalçısı Rusiya bazarını tərk edir
36239
ABŞ-ın kompüter istehsalçısı HP şirkəti Rusiyadakı törəmə şirkətini ləğv edir.
Valyuta.az xəbər verir ki, bu addım ötən ilin may ayında qəbul edilmiş qərara uyğun olaraq atılır.
HP Rusiya bazarına rəsmən 2015-ci ildə daxil olub, 2022-ci ildə isə məhsullarının bu ölkəyə tədarükünü dayandırmağa qərar verib. 2022-ci ildə törəmə şirkətin zərəri 1,7 milyard rubl təşkil edib.
Bundan əvvəl, ötən ilin mart ayında ABŞ-ın surətçıxarma maşınları istehsalçısı "Xerox Holdings" korporasiyası Rusiyaya ixracı dayandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay