Tbilisidə evlərin qiyməti məlum oldu (QİYMƏT)
2023-cü ilin oktyabrında Tbilisidə yaşayış daşınmaz əmlak bazarı yenidən aktivləşib və satılan mənzillərin sayı 3377 olub ki, bu da sentyabr ayı ilə müqayisədə 13% arntıqdır, amma 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 14% azdır.
Valyuta.az xəbər verir ki, oktybr ayında dövründə yaşayış sahəsinin hər kvadratmetrinin orta dəyəri 1176 ABŞ dolları təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 1%, 2022-ci ilin eyni dövrü ilə müqayisədə - 14% çoxdur.
Satışlar və artan satış qiymətləri hesabına bazarın həcmi aylıq müqayisədə 2% artaraq 229 milyon dollara çatıb. Eyni zamanda, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12% azdır.
Orta icarə qiyməti əvvəlki ayla müqayisədə demək olar ki, dəyişməyib. Tbilisidə daşınmaz əmlak üzrə gəlirlilik əvvəlki ayla müqayisədə bir qədər azalaraq 11,1% təşkil edib və illik müqayisədə 0,7 faiz bəndi artıb.
©FED
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay