Yellen: Çinlə iqtisadi əlaqələri kəsmək ABŞ üçün fəlakətli olardı
ABŞ-ın maliyyə naziri Janet Yellen hesab edir ki, ABŞ və Çin arasında iqtisadi əlaqələrin kəsilməsi Vaşinqton üçün fəlakətə gətirib çıxaracaq.
Valyuta.az xəbər verir ki, “Washington Post” qəzetində dərc olunan məqaləsində Yellen iqtisadiyyatların bu cür bölünməsinin ABŞ-ın milli maraqlarına zidd olacağına diqqət çəkir.
Bununla belə, ABŞ Xəzinədarlığının rəhbəri qeyri-sabit dünyada tədarük zəncirlərinin şaxələndirilməsinin vacibliyinə də işarə edib. O, ABŞ-ın Çinlə hər iki ölkəyə fayda verə biləcək sağlam iqtisadi rəqabətə can atdığına inanır.
Janet Yellen məqalədə iddia edir ki, Amerikanın iqtisadi strategiyası digər iqtisadiyyatları sıxışdırmaqdansa, daxili iqtisadi potensialı inkişaf etdirməyə yönəlib. O, həmçinin ABŞ və müttəfiqlərinin milli təhlükəsizliyini qoruyarkən kompromislərin mümkünsüzlüyünü qeyd edib.
Yellenin sözlərinə görə, ABŞ və Çin münaqişə vəziyyətinə keçidin qarşısını almaq üçün aralarındakı mövcud fikir ayrılıqlarının önünü almağa borcludurlar. O vurğulayıb ki, iki ölkə arasında münasibətlər yalnız böhranın idarə olunması ilə məhdudlaşa bilməz.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay