Rusiya və Ukrayna taxılla bağlı yeni qarşılıqlı fəaliyyət formatına ehtiyac duyur
Qara dəniz limanları vasitəsilə Ukrayna taxılının ixracına dair əvvəlki taxıl sazişinə qayıtmaq mümkün olmayacaq, bu, Moskva və Kiyev arasında yeni qarşılıqlı əlaqə formatını tələb edəcək.
Valyuta.az “Praym”a istinadla xəbər verir ki, bu barədə Humanitar Dialoq Mərkəzinin (CHD) icraçı direktoru Devid Harland bildirib.
Onun sözlərinə görə, əvvəlki razılaşma dünyada yüz milyonlarla ac insan üçün faydalı olub. Əsas taxıl ixracatçıları kimi Rusiya və Ukrayna ərzaq təhlükəsizliyini təmin etmək üçün mühüm addım atıb. Bununla belə, ekspert qeyd edib ki, indi qarşılıqlı fəaliyyətin yeni formatına ehtiyac var.
Harland belə bir razılaşmanın mümkünlüyü ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib. Onun fikrincə, tərəflər ən azı əsas şərtlərlə - beynəlxalq dəniz hüququna uyğun olaraq Qara dənizdə bir-birinin ticarət gəmilərinə hücum etməmək məsələsində razılaşa bilər. Bu, Türkiyənin və ərzaq təminatından asılı olan digər ölkələrin maraqlarına uyğun olardı.
Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə maneəsiz ixracına dair saziş 2022-ci il iyulun 22-dən 2024-cü il iyulun 18-dək qüvvədə olub. Bu, 9 milyon tondan çox ərzaq ixracına imkan verib. Sonradan Rusiya müxtəlif bəhanələrlə müqavilədə iştirakını dayandırıb. Moskva qeyd edib ki, Qərb Rusiya ixracının qarşısını almaq və ehtiyacı olan ölkələrə taxıl çatdırmaq vədlərini yerinə yetirməyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay