Müttəfiqlər kömək etməsə, Ukrayna büdcəsində 29 milyard kəsir olacaq
Ukrayna gələn ilin büdcəsini təsdiq etməyə hazırlaşır, lakin Qərb müttəfiqlərinin köməyi olmadan ölkəni 29 milyard dollarlıq büdcə boşluğu gözləyir.
Valyuta.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa bölməsi Ukraynanın maliyyə naziri Sergey Marçenkoya istinadən məlumat yayıb.
“Bu həftə Rada 2024-cü ilin büdcəsini təsdiq edəcək. Lakin Kiyev müttəfiqlərinin əlavə dəstəyi olmadan 29 milyard dollarlıq boşluqla üz-üzədir”, deyə "Politico" Marçenkonun sözlərindən sitat gətirir.
Ukraynalı nazir hesab edir ki, mümkün iqtisadi böhran Avropa üçün nəticələrə gətirib çıxaracaq.
Noyabrın 5-də Ukrayna prezidenti Volidimir Zelenski bildirib ki, bir ildən sonra Qərb ölkələri Kiyevə maliyyə yardımını azalda bilər.
Oktyabr ayında Ukraynanın baş naziri Denis Şmıqal demişdi ki, Kiyev büdcə kəsirini ödəmək üçün beynəlxalq tərəfdaşlardan təxminən 42 milyard avroya ehtiyac duyacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay