Qazaxıstan Nazirlər Kabinetinin rəhbəri Çinə səfər etdi
Qazaxıstan hökumətinin başçısı Əlixan Smailov Çinə işgüzar səfərə gedib. O, Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Tsyan ilə danışıqlar aparacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının tapşırığına əsasən, Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov ÇXR-ə işgüzar səfərə gəlib.Əlixan Smailov ilə ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyanq arasında aparılan danışıqlar zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektri və bir sıra məsələlərin müzakirəsi planlaşdırılır”, - məlumatda qeyd olunub.
Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay