İsraildəki müharibə Avropa iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyacaq - CNBC
Goldman Sachs analitiklərinin fikrincə, İsrail və Fələstinin HƏMAS radikal qruplaşması arasında davam edən müharibə səbəbindən avrozona iqtisadiyyatının ciddi problemlərlə üzləşəcək.
Valyuta.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Nəşr qeyd edir ki, Yaxın Şərqdə eskalasiya enerji xərclərinin təmkinli artımı fonunda Avropa İttifaqının ÜDM-nin aşağı artım templərini ləngidəcək.
Təhlilçilər fikrincə, münaqişənin uzadılmasının Avropada istehlak qiymətlərinə təzyiqi artıra, eləcə də inflyasiyanı sürətləndirə bilər.
Londonda yerləşən “Europe Economics” konsaltinq şirkətinin analitiki Yekaterina Vaşkinskayanın fikrincə, Yaxın Şərqdəki münaqişə Aİ Mərkəzi Bankının pul siyasətinin daha da sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması üçün ilkin şərt ola bilər.
Daha əvvəl EY-Parthenon-un baş iqtisadçısı Qreqori Dako bildirmişdi ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında hərbi əməliyyatların artması regional münaqişəyə çevrilmək və kövrək qlobal iqtisadiyyata 2 trilyon dollar itki şəklində ziyan vurmaq təhlükəsi yaradır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay