ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Yaponiyaya təhlükə yaradır - "Bloomberg"
ABŞ Maliyyə Nazirliyinin Rusiyanın böyük Arctic LNG 2 qaz mayeləşdirmə zavoduna qarşı tətbiq etdiyi sanksiyalar Yaponiyanın enerji təhlükəsizliyini təhdid edir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Tokio dəfələrlə qeyd edib ki, enerji tələbatını ödəmək üçün Moskvadan yanacaq lazımdır. Yaponiya hökuməti zavodun investorlarından biridir.
Hazırda Yaponiyada kömür idxalına qadağa qoyulub və təbii qaz ölkədə evlərin qızdırılması üçün əsas yanacaq növlərindən birinə çevrilib. Tokionun da öz resursları azdır və keçən ilki enerji böhranından sonra yerli hakimiyyət orqanları ölkəni mayeləşdirilmiş təbii qazla təmin etmək üçün səyləri artırıb.
“Arctic LNG 2-yə qarşı sanksiyalar onu həyata keçirən Novatek qaz şirkətinin peşəkarlığının qiymətləndirilməsi hesab edilə bilər”, bunu şirkətin rəhbəri Leonid Mixelson cümə günü deyib. Bir gün əvvəl Vaşinqton Moskvaya qarşı sanksiya siyahılarını genişləndirərək, onlara zavoddan əlavə yeddi Rusiya bankını və Sankt-Peterburq Birjasını, Qazprom Neft-in törəmə şirkətlərini, Bauman adına Moskva Dövlət Texniki Universitetini, Kibernetika və “Sisitema” Avtomatlaşdırma Araşdırma Mərkəzini və AFK-nı qara siyahıya əlavə edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay