Alman deputat Rusiyaya qarşı çılğın sanksiya siyasətindən əl çəkməyə çağırdı
Almaniya üçün sağçı Alternativ Partiyasının deputatı Leif-Erik Holm Almaniya hökumətini “ağılsız sanksiya siyasətindən” əl çəkməyə çağırıb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti partiyanın mesajına istinadən yazır.
“İlk növbədə, bu, yüksək enerji xərclərini azaltmaq deməkdir <...> Qısacası: nüvə enerjisinə qayıdış yolu ilə <...> Tətbiq olunanlara deyil, bizə zərər verən sanksiyalar iqtisadi və siyasi cəfəngiyyatdır”, - mesajda deyilir.
Deputat Almaniya ixracının azalmasına hökumətin enerji siyasəti və özünü məhvedici məhdudiyyətlər qoyması ilə bağlı fikir bildirib.
"Bir vaxtlar ixrac ölkəsi olan Almaniya Federativ Respublikası yerində eşənək atır", - Holm deyib.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, sentyabr ayında ölkədən ixrac illik müqayisədə 7,5% azalaraq 126,5 milyard avro təşkil edib. Avqust ayı ilə müqayisədə bu göstərici 2,4% azalıb. Sentyabrın 16-da Almaniya kansleri Olaf Şolz ixracın aşağı düşməsini ölkə iqtisadiyyatındakı problemlərin əsas səbəblərindən biri adlandırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay