ABŞ tarixinin ən böyük maliyyə fırıldağı: Andlılar məhkəməsi qərar verdi
ABŞ-da andlılar məhkəməsi iflas etmiş kriptovalyuta birjası FTX-nin təsisçisi Sem Benkman-Fridi dələduzluqda təqsirli bilib. Müştərilərdən 8 milyard dollar oğurladığı üçün onu onillərlə həbs gözləyir.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
Manhetten federal məhkəməsindəki 12 nəfərlik münsiflər heyəti Benkman-Fridi mübadilə istifadəçilərindən 8 milyard dollar oğurladığını iddia edən prokurorların mühakiməsindən sonra bütün yeddi ittiham üzrə təqsirli bilib.
Benkman-Frid kripto-piramida sxemi yaratmaqda ittiham olunur və ABŞ Prokurorluğu bunu Amerika tarixində ən böyük maliyyə fırıldaqlarından biri hesab edir. FTX-in düşməsi kriptovalyuta bazarının çökməsinə gətirib çıxarıb və bir çox investoru əli boş qoyub.
Məhkəmə hökmün elanını 2024-cü il martın 28-nə təyin edib.
“Kripto sənayesi yeni ola bilər, Sam Benkman-Frid kimi insanlar yeni ola bilər. Lakin bu cür fırıldaqçılıq zaman kimi köhnədir və biz buna dözməyəcəyik”, – prokuror Damien Villyams Andlılar məhkəməsinin qərarından sonra deyib.
2022-ci il noyabrın əvvəlində Coindesk, FTX CEO-su Sam Benkman-Fridin iki layihəsi - FTX və Alameda Research ticarət şirkəti arasında narahat əlaqəni göstərən material dərc edib. Alameda Research-dəki 14 milyard dolların 40%-dən çoxu FTX-yə məxsus FTT kriptovalyutasıdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay