Rusiya Rinat Axmetovu ekstremist kimi tanıdı və şirniyyat şirkətini milliləşdirdi
Rusiya məhkəməsi “Konti-Rus” qənnadı şirkətini “Rinat Axmetovun qohumları və ortaqlarına” məxsus olduğu iddiası ilə müsadirə edib .
Valyuta.az “Kommersant”a instinadla xəbər verir ki, məhkəmə “Konti-Rus”un benefisiarlarını ekstremist kimi tanıyıb.
Qeyd olunur ki, Kursk şəhərinin Leninski Rayon Məhkəməsi baş prokurorun müavini İqor Tkaçevin iddiasını tam təmin edib. Təqsirləndirilən şəxslər Rinat Axmetov, Boris Kolesnikov və Sergey Kiy, mərhum nüfuzlu sahibkarın qohumları, eləcə də bir sıra ofşor şirkətlərdir. Rusiya prokurorluğu "şirkət sahiblərinin ideoloji və əmlak maraqlarının açıq-aşkar anti-Rusiya xarakteri daşıdığını", "DXR və LXR əhalisinin soyqırımını "fəal dəstəklədiyini, həmçinin Ukraynanın silahlı birləşmələrini maliyyələşdirdiyini açıqlayıb".
Məhkəmə Konti-Rus rəhbərliyinə hüquqi şəxslərin işini təmin etməyi tapşırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay