Türkiyədə illik inflyasiya oktyabr ayında cüzi azalıb
Türkiyədə illik inflyasiya bu ilin oktyabr ayında cüzi azalıb.
Cari ilin oktyabr ayında inflyasiya 61.36%-ə kimi enib. Sentyabr ayında bu rəqəm 61.53% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.43%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 55% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 25.98% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.12% ilə restoran və otellər qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay