Müştərisinin saçını səhv kəsən bərbər 20 milyon təzminat ödəyəcək
Hindistanda bir bərbər qadının saçını səhv kəsdiyinə görə, böyük təzminat ödəyəcək .
Valyuta.az xəbər verir ki, 2018-ci ildə Aşna Roy saçını kəsdirmək üçün Dehlidəki məşhur otellər şəbəkəsində bərbərə gedib. Lakin bərbər ona göstərilən saç modelini tətbiq etməyib və onu müştərinin istədiyi kimi kəsməyib. Saça qulluq məhsulları üçün də modellik edən qadın saçlarının uzun qalmasını istəsə də, bərbər onun böyük hissəsini kəsdirib.
Bu səbəbdən Roy dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edib. İddia ərizəsində Royun saça qulluq zamanı baş dərisinin zədələndiyi və bərbərin şikayət əsasında qadına pulsuz saç baxımı təklif etdiyi bildirilib.
Royun səhlənkarlıq üzündən işini itirdiyi bildirilən məhkəmədə bərbərin qadına 20 milyon Hindistan rupisi (240 dollar) təzminat ödəməyi əmr edib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay