Üstünə isti qəhvə töküldü, üç milyon dollar təzminat aldı
ABŞ-da bir qadın qəhvə satan mağazanı məhkəməyə verərək üç milyon dollar qazanıb.
Valyuta.az xəbər verir ki, üstünə tökülən isti qəhvənin gündəlik həyatına təsir etdiyini, ciddi yanıqlara və qalıcı xəsarətlərə səbəb olduğunu deyən qadın, "Dunkin Donuts" adlı pərakəndə satış mağazasını məhkəməyə verib.
ABŞ-ın Atalanta şəhərində yaşayan 70 yaşlı qadının 2021-ci ilin fevral ayında Corciya ştatının "Sugar Hill" şəhərindəki mağazasının avtomobillərə servis bölməsində üstünə isti qəhvə tökülməsindən sonra bədənində üçüncü dərəcəli yanıqlar əmələ gəlib. Qadının vəkillərinin bildirdiyinə görə, qəhvə fincanının qapağı düzgün bağlanmadığından onun üzərinə isti maye tökülüb. Nəticədə onun dərisi yanıb. Onun bud, qasıq və qarnında ikinci və üçüncü dərəcəli yanıqlar olduğu iddia edilib.
Qadının vəkili Benyamin Velç, müştərisinin həftələrlə xəstəxananın yanıq şöbəsində yatdığı, onun yanıqlarının çox ağır və tibbi xərclərinin 200.000 dollardan artıq olduğunu deyib. Vəkil həmçinin təqaüdə çıxmış federal hökumət işçisinin gündəlik işləri görməkdə çətinlik çəkdiyini, yeriyərkən ağrılar yaşadığını və yanıqlarına gündə bir neçə dəfə krem sürtdüyünü bildirib.
Bütün bunlara görə mağazanı məhkəməyə verən qadın üç milyon dollar təzminat alıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay