Dünya
03.11.2023 / 09:09
ABŞ Rusiya və Özbəkistandan olan şirkətlərə sanksiya tətbiq edib
35825
ABŞ Rusiyadan olan 30 fiziki və 200-ə qədər hüquqi şəxsə, həmçinin Özbəkistanın 1 qurumuna qarşı ixrac məhdudiyyətləri qoyub.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.
Bu strukturların Rusiya hərbi-sənaye kompleksinə, həmçinin pilotsuz uçuş aparatlarının alınmasına yardım etdiyi bildirilir.
Departamentin məlumatına görə, bu strukturlar “ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə zidd olan hərəkətlərdə” iştirak edir.
Sanksiyalara "Lanset" PUA-sının yaradılmasında iştirak edən Zaxarov, onun ailə üzvləri də daxil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay