Amerikada Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxanların sayı çoxalır
Amerikalılar ABŞ-dan Ukraynaya irimiqyaslı maliyyə yardımına getdikcə şübhə ilə yanaşırlar.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" son sosioloji araşdırmaya istinadən yazır.
"Gallup" sorğusunun nəticələrinə görə, amerikalıların 41%-i hazırda ölkələrinin Ukraynanı dəstəkləmək üçün "çox şey" etdiyini düşünür. İyun ayında respondentlərin yalnız 29%-i bu fikri bölüşüb.
Eyni zamanda, ABŞ-ın Ukraynaya "qeyri-kafi dəstək" verdiyinə inanan amerikalıların payı iyunda 28%-dən oktyabrda 25%-ə düşüb.
Bu məlumatlar onu deməyə əsas verir ki, ABŞ-da ictimai rəy münaqişə uzandıqca Kiyevin maliyyələşdirilməsinə daha az dəstək verməyə doğru gedir.
Eyni zamanda, Ağ Ev yeni yardım paketi çərçivəsində Ukraynaya 60 milyard dollar ayırmaqda israrlıdır. Bununla belə, Konqresdəki Respublikaçılar belə genişmiqyaslı maliyyələşdirməni dəstəkləmirlər. Amerikanın Ukraynaya yardıma skeptisizminin artması Baydenin yeni tranşlardan keçmək səylərini çətinləşdirir. Bir sıra senatorlar qeyd edirlər ki, bu, Kiyevə gələcək dəstəyin həcminə təsir edə bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay