Çinin Antarktidada beşinci stansiyanı tamamlamaq planı məlum oldu
40-cı Çin Antarktika elmi ekspedisiyası noyabrın 1-dən başlayıb və ekspedisiya 2024-cü ilin fevralına qədər Ross dənizi yaxınlığında Çinin Antarktidadakı beşinci tədqiqat stansiyası olacaq yeni stansiyanın tikintisini başa çatdırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "Global Times" yazır.
Ekspedisiyanın beş aydan çox davam edəcəyi bildirilir. Oraya üç gəmi - Xuelong, Xuelong-2 buzqıran gəmiləri və Tianhui yük gəmisi gedib. Gəmilər stansiyanın tikintisi üçün material və avadanlıq daşıyacaqlar.
Ekspedisiyada 460-dan çox insan iştirak edir - onlar iqlim dəyişikliyinin Antarktika ekosisteminə təsirini öyrənəcək, həmçinin qlobal iqlim dəyişikliyində bu regionun rolunu araşdıracaqlar.
Bundan bir qədər əvvəl elm adamları Antarktidanı əhatə edən 162 buz şelfindən 71-nin həcminin 25 il ərzində kiçildiyini və nəticədə okeanlara 7,5 trilyon metrik ton ərimiş suyun buraxıldığını aşkar ediblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay