Ukrayna Avropanı ucuz şəkərlə doldurub
Ukraynadan şəkər idxalı Avropa İttifaqının (Aİ) ayırdığı kvotanı 22 dəfə üstələyir.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin alman üzvü Peter Yar bildirib. Avropa Komissiyasına müraciətində Yar qeyd edib ki, bu balanssızlıq Aİ daxili bazarını təhdid edə bilər.
“2022-ci ilin iyununda Ukraynadan kənd təsərrüfatı məhsullarına tariflərin və kvotaların müvəqqəti dayandırılmasından sonra Ukrayna şəkərinin Aİ-yə idxalı kəskin şəkildə artıb. Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-24-cü maliyyə ilində şəkər çuğundurunun becərilməsi 38% artıb. Nəticədə Ukrayna əhəmiyyətli dərəcədə daha çox şəkər istehsal edir (1,7-1,8 milyon ton) və Aİ-yə 0,7-0,8 milyon ton rüsumsuz şəkər ixrac edə bilər”, - parlamentari hesab edir.
Cari 2022-23-cü maliyyə ilində idxal demək olar ki, 400 min tona çatıb ki, bu da Aİ-nin Ukrayna üçün ilkin idxal kvotasından təxminən 22 dəfə yüksəkdir, ildə 20,070 ton, - Yar vurğulayıb.
Buna görə də deputat tənzimləyici orqanın mövcud vəziyyətin öhdəsindən necə gəlmək niyyətində olduğunu izah etmək xahişi ilə Avropa Komissiyasına müraciət edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay