Rusiyada benzin və dizelin qiyməti ucuzlaşmaqda davam edir
Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasında çərşənbə günü keçirilən hərraclar zamanı bütün növ yanacağın qiyməti ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.
Birjanın məlumatına görə, Rusiya Federasiyasının Avropa hissəsində Aİ-92 markalı benzinin qiyməti 1,54% ucuzlaşaraq bir ton üçün 47 751 rubla, Aİ-95 markalı benzinin qiyməti isə 1,58% ucuzlaşaraq bir ton üçün 51 143 rubla düşüb.
Yay dizel yanacağının qiyməti 1,06% azalaraq bir ton üçün 54 717 rubl təşkil edib. Ekspertlər azalmanı Rusiyadan neft məhsullarının ixracına qoyulan qadağa ilə əlaqələndirirlər. Məsələn, ilin əvvəlindən Aİ-92 benzini 23%, Aİ-95 markalı benzin 24%, yay dizeli isə 24,1% ucuzlaşıb.
Bundan əlavə, birjada qiymətlər mövsümlərarası dizel yanacağı (ton üçün 2,13% - 57 232 rubl), qış dizel yanacağı (1,1% - 70 154 rubl) və mazut (6,58% - 19 337 rubl) ucuzlaşıb. Mayeləşdirilmiş qazın dəyəri 0,21% azalaraq bir ton üçün 30 249 rubl təşkil edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay