Aİ Mərkəzi Asiya sərhədləri üçün 21 milyon avro ayıracaq
Avropa İttifaqı Mərkəzi Asiyada sərhədlərin idarə edilməsi üçün 21 milyon avro ayırmağı planlaşdırır.
Valyuta.az bu barədə RT telekanalına istinadən xəbər verir.
21 milyon avro Aİ-nin maliyyələşdirdiyi təşkilat olan Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) tərəfindən ayrılacaq. Bu, regionda ən böyük qeyri-kommersiya qrantlarından biri olacaq.
Layihəyə əsasən, vətəndaş cəmiyyətinə yardım məqsədilə regionun beş ölkəsində - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda QHT-lərin maliyyələşdirilməsi, bu ölkələrin cəmiyyətində miqrasiya və sərhədyanı ərazilər məsələlərində müzakirələrin formalaşdırılması planlaşdırılır.
Qrantların region əyalətlərinin müvafiq yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edən QHT-lərə verilməsi nəzərdə tutulur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay