"Samsung" şirkətinin mənfəəti kəskin azalıb
"Samsung Electronics"in 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti 5,84 trilyon von (4,3 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrünün nəticəsi ilə müqayisədə 37,8% azdır.
Valyuta.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Müəyyən edilmiş dövr ərzində şirkətin ümumi gəliri 67,4 trilyon von (təxminən 49,9 milyard dollar) təşkil edib, yəni illik müqayisədə bu rəqəm 12,2% azalıb. "Samsung Electronics"in əməliyyat mənfəəti 2,43 trilyon von (1,8 milyard dollar) təşkil edib ki, bu da 2022-ci ilin üçüncü rübündən 4,5 dəfə azdır.
Böyük azalmaya baxmayaraq, şirkətin nəticələri gözləniləndən bir qədər yaxşı olub. Məsələn, "Samsung Electronics"in rüb üçün gəliri və əməliyyat mənfəətinin müvafiq olaraq 67 trilyon von və 2,4 trilyon von olacağı gözlənilirdi.
Hesabatda "Samsung" 2024-cü ildə smartfon bazarında tələbin bərpa olunacağına ümid etdiyini bildirib. Xüsusilə, şirkət premium cihaz seqmentində satışların davamlı artımını gözləyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay