Rusiyalı oliqarx, Alfa Group-un şəriki Kuzmiçev Fransada saxlanılıdı - "Le Monde"
Fransada “Alfa Group”un sanksiyaya məruz qalan şəriki, rusiyalı oliqarx Aleksey Kuzmiçev çirkli pulların yuyulması işi ilə bağlı saxlanılıb.
Valyuta.az xəbər verir ki, bu barədə mənbələrə və Milli Maliyyə Prokurorluğuna istinadən "Le Monde" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 31-i çərşənbə axşamı səhər Kuzmiçevin Sen-Tropedəki villasında və Parisdəki mənzilində axtarışlar aparılıb və o, bir gün əvvəl həbs edilib.
"Le Monde" yazır ki, axtarışlara 60-a yaxın adam cəlb edilib və yerdə " pul yığınları" tapılıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Kuzmiçev Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıb. Avropada o, Vladimir Putinlə yaxşı əlaqələri olan "Rusiyanın ən güclü adamlarından biri" hesab olunur.
Sanksiyalar nəzəri cəhətdən oliqarxın əmlakının ələ keçirilməsinə və Aİ-yə girişin qadağan edilməsinə səbəb olmalıydı, lakin Le Monde-a görə, onların tətbiqi zamanı o, “ailə əlaqələri”nin olduğu Fransada olub.
Məhdudiyyətlər tətbiq edildikdən sonra Kuzmiçev Alfa Group daxilindəki bütün şirkətlərin direktorlar şurasından istefa verib və Alfa Bankdakı payını ortağı Andrey Kosoqova verib. Keçən il oliqarx 1,8 milyard dollar itirib, onun sərvəti hazırda 6,4 milyard dollar qiymətləndirilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay