İlin əvvəlindən Çinin Türkiyədən hazır geyim idxalı 40 milyon dolları ötüb
Türkiyənin 2023-cü ilin yanvar-sentyabr aylarında Çinə hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 43,1 milyon dollar olub.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Sentyabr ayında Türkiyə Çinə hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 19,7 faiz artıraraq, 4,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 12,8 faiz azdır”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 20 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay